Müsabiqəyə çıxarılmış vakant vəzifələr

Dövlət orqanlarının sayı: 15
Vakant vəzifələrin sayı: 133
Vakant yerlərin sayı: 160

İqtisadi İnkişaf Nazirliyi (28 vəzifə üzrə 28 yer)
Şəki-Zaqatala regional bölməsi (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları), məsləhətçi (kod:103001) (1 yer)
Lənkəran regional bölməsi (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayonları, Lənkəran şəhəri), məsləhətçi (kod:103002) (1 yer)
Aran regional bölməsi (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri), baş məsləhətçi (kod:103003) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlığın inkişafı şöbəsi, Sahibkarlarla və müvəkkil kredit təşkilatları ilə iş sektoru, aparıcı məsləhətçi (kod:103004) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlığın inkişafı şöbəsi, Sahibkarlarla və müvəkkil kredit təşkilatları ilə iş sektoru, məsləhətçi (kod:103005) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsi, aparıcı məsləhətçi (kod:103006) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsi, məsləhətçi (kod:103007) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, Maliyyə və təminat şöbəsi, Mühasibatlıq və təminat sektoru, böyük məsləhətçi (kod:103008) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, Maliyyə və təminat şöbəsi, Kreditlərin uçotu və nəzarəti sektoru, sektor müdiri (kod:103009) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, Kadr və kargüzarlıq sektoru, sektor müdiri (kod:103011) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi, Əmtəə bazarında antiinhisar qanunvericiliyinə nəzarət sektoru, böyük məsləhətçi (kod:103014) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi, Əmtəə bazarında antiinhisar qanunvericiliyinə nəzarət sektoru, məsləhətçi (kod:103015) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi, Maliyyə xidmətləri bazarında antiinhisar qanunvericiliyinə nəzarət sektoru, məsləhətçi (kod:103016) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət sektoru, böyük məsləhətçi (kod:103017) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi, Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət sektoru, məsləhətçi (kod:103018) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Təbii inhisarlar və dövlət inhisarına aid xidmətlərin tənzimlənməsi şöbəsi, Təbii inhisarlar sektoru, baş məsləhətçi (kod:103019) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Təbii inhisarlar və dövlət inhisarına aid xidmətlərin tənzimlənməsi şöbəsi, Dövlət inhisarında olan xidmətlər sektoru, aparıcı məsləhətçi (kod:103020) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlak bazarına nəzarət şöbəsi, baş məsləhətçi (kod:103021) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlak bazarına nəzarət şöbəsi, böyük məsləhətçi (kod:103022) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlakçı hüquqları şöbəsi, İstehlakçıların hüquqlarının qorunması sektoru, baş məsləhətçi (kod:103023) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlakçı hüquqları şöbəsi, İstehlakçıların hüquqlarının qorunması sektoru, böyük məsləhətçi (kod:103024) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Monitorinq və analitik təhlil şöbəsi, Analitik təhlil sektoru, böyük məsləhətçi (kod:103026) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Hüquq şöbəsi, Hüquqi təminat sektoru, baş məsləhətçi (kod:103027) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Hüquq şöbəsi, Hüquqi təminat sektoru, böyük məsləhətçi (kod:103028) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Abşeron regional bölməsi, böyük məsləhətçi (kod:103029) (1 yer)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Abşeron regional bölməsi, aparıcı məsləhətçi (kod:103030) (1 yer)
Dağlıq Şirvan regional bölməsi (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları), böyük məsləhətçi (kod:103031) (1 yer)
Sahibkarlığa Kömək Milli Fondu, Kadr və kargüzarlıq sektoru, aparıcı məsləhətçi (kod:103032) (1 yer)
Təhsil Nazirliyi (54 vəzifə üzrə 65 yer)
Təhsil sənədlərinin tanınması işi üzrə sektor, aparıcı məsləhətçi (kod:109001) (2 yer)
Məktəbəqədər təhsil sektoru, aparıcı məsləhətçi (kod:109002) (1 yer)
İqtisadiyyat şöbəsi, məsləhətçi (kod:109003) (1 yer)
İqtisadiyyat şöbəsi, Mühasibat uçotu və hesabat sektoru, aparıcı məsləhətçi (kod:109005) (1 yer)
Beynəlxalq əlaqələr şöbəsi, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoru, məsləhətçi (kod:109006) (2 yer)
Texniki-peşə təhsili şöbəsi, böyük məsləhətçi (kod:109007) (1 yer)
Monitorinq və qiymətləndirmə şöbəsi, məsləhətçi (kod:109008) (1 yer)
Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, aparıcı məsləhətçi (kod:109009) (1 yer)
Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsi, Əlavə təhsil sektoru, məsləhətçi (kod:109010) (1 yer)
Akkreditasiya şöbəsi, böyük məsləhətçi (kod:109011) (2 yer)
Akkreditasiya şöbəsi, məsləhətçi (kod:109012) (1 yer)
Bakı şəhəri üzrə Təhsil İdarəsi, Ümumi təhsil sektoru, məsləhətçi (kod:109013) (1 yer)
Bakı şəhəri üzrə Təhsil İdarəsi, Məktəbəqədər təhsil sektoru, məsləhətçi (kod:109014) (1 yer)
Bakı şəhəri üzrə Təhsil İdarəsi, Plan-maliyyə sektoru, məsləhətçi (kod:109015) (1 yer)
Bakı şəhəri üzrə Təhsil İdarəsi, Mərkəzləşdirilmiş mühasibatlıq sektoru, baş məsləhətçi (kod:109016) (1 yer)
Bakı şəhəri üzrə Təhsil İdarəsi, Mərkəzləşdirilmiş mühasibatlıq sektoru, aparıcı məsləhətçi (kod:109017) (1 yer)
Bakı şəhəri üzrə Təhsil İdarəsi, Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektoru, aparıcı məsləhətçi (kod:109018) (1 yer)
Bakı şəhəri üzrə Təhsil İdarəsi, Təmir-tikinti və təchizat sektoru, məsləhətçi (kod:109019) (3 yer)
Ağsu rayon təhsil şöbəsi, məsləhətçi (kod:109020) (1 yer)
Bərdə rayon təhsil şöbəsi, baş mühasib (kod:109021) (1 yer)
Qax rayon təhsil şöbəsi, məsləhətçi (kod:109022) (1 yer)
Qəbələ rayon təhsil şöbəsi, məsləhətçi (kod:109023) (1 yer)
Qobustan rayon təhsil şöbəsi, məsləhətçi (kod:109024) (1 yer)
Quba rayon təhsil şöbəsi, müdir müavini (kod:109025) (1 yer)
Quba rayon təhsil şöbəsi, məsləhətçi (kod:109026) (1 yer)
Qusar rayon təhsil şöbəsi, müdir müavini (kod:109027) (1 yer)
Qusar rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109028) (2 yer)
Daşkəsən rayon təhsil şöbəsi, baş mühasib (kod:109029) (1 yer)
Zaqatala rayon təhsil şöbəsi, məsləhətçi (kod:109031) (1 yer)
Zəngilan rayon təhsil şöbəsi, baş mühasib (kod:109032) (1 yer)
Yardımlı rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109033) (1 yer)
Yevlax şəhər təhsil şöbəsi, məsləhətçi (kod:109034) (2 yer)
Kürdəmir rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109036) (1 yer)
Goranboy rayon təhsil şöbəsi, müdir müavini (kod:109037) (1 yer)
Goranboy rayon təhsil şöbəsi, məsləhətçi (kod:109039) (2 yer)
Göyçay rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109040) (1 yer)
Laçın rayon təhsil şöbəsi, məsləhətçi (kod:109042) (2 yer)
Lənkəran şəhər təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109043) (2 yer)
Masallı rayon təhsil şöbəsi, baş mühasib (kod:109045) (1 yer)
Masallı rayon təhsil şöbəsi, böyük məsləhətçi (kod:109046) (1 yer)
Oğuz rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109047) (1 yer)
Sabirabad rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109048) (1 yer)
Salyan rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109049) (2 yer)
Tərtər rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109050) (1 yer)
Tovuz rayon təhsil şöbəsi, məsləhətçi (kod:109051) (1 yer)
Füzuli rayon təhsil şöbəsi, məsləhətçi (kod:109052) (1 yer)
Xocavənd rayon təhsil şöbəsi, məsləhətçi (kod:109053) (1 yer)
Xızı rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109054) (1 yer)
Xızı rayon təhsil şöbəsi, məsləhətçi (kod:109055) (1 yer)
Cəbrayıl rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109056) (1 yer)
Cəlilabad rayon təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109057) (1 yer)
Sumqayıt şəhər təhsil şöbəsi, aparıcı məsləhətçi (kod:109058) (1 yer)
Naftalan şəhər təhsil şöbəsi, baş mühasib (kod:109059) (1 yer)
Sənaye və Energetika Nazirliyi (29 vəzifə üzrə 33 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Dövlət elektroenergetika müəssisəsi müstəqil enerji istehlakçıları və uçot cihazları üzrə nəzarət sektoru, sektor müdiri (kod:110005) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Dövlət elektroenergetika müəssisəsi müstəqil enerji istehlakçıları və uçot cihazları üzrə nəzarət sektoru, baş məsləhətçi (kod:110006) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Dövlət elektroenergetika müəssisəsi müstəqil enerji istehlakçıları və uçot cihazları üzrə nəzarət sektoru, aparıcı məsləhətçi-müfəttiş (kod:110007) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Dövlət elektroenergetika müəssisəsi müstəqil enerji istehlakçıları və uçot cihazları üzrə nəzarət sektoru, məsləhətçi (kod:110008) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Mühasibat və iqtisadi təhlil sektoru, baş məsləhətçi (kod:110009) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Enerjimüfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı sektoru, baş məsləhətçi-müfəttiş (kod:110010) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Enerjimüfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı sektoru, böyük məsləhətçi-müfəttiş (istilik üzrə) (kod:110011) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Enerjimüfəttişliyi və müqavilə şərtlərinə nəzarət üzrə Bakı sektoru, aparıcı məsləhətçi-müfəttiş (kod:110012) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Kürdəmir sektoru, aparıcı məsləhətçi-müfəttiş (kod:110013) (2 yer)
Dövlət Enerjinəzarət İdarəsi, İmişli sektoru, məsləhətçi-müfəttiş (kod:110014) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Gəncə sektoru, məsləhətçi-müfəttiş (kod:110015) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Tovuz sektoru, məsləhətçi-müfəttiş (kod:110016) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Şəki sektoru, məsləhətçi-müfəttiş (kod:110017) (1 yer)
Dövlət Enerjinəzarət İdarəsi, Lənkəran sektoru, məsləhətçi-müfəttiş (kod:110018) (1 yer)
Dövlət Qaz Nəzarəti İdarəsi, Texniki nəzarət və qazın istehlakının təhlili sektoru, böyük məsləhətçi (kod:110019) (1 yer)
Dövlət Qaz Nəzarəti İdarəsi, Qaz təsərrüfatının səmərəli, etibarlı istismarı və layihələrin ekspertizası, tikintiyə nəzarət sektoru, sektor müdiri (kod:110020) (1 yer)
Dövlət Qaz Nəzarəti İdarəsi, Bakı regional sektoru, böyük məsləhətçi-müfəttiş (kod:110021) (2 yer)
Dövlət Qaz Nəzarəti İdarəsi, Bakı regional sektoru, aparıcı məsləhətçi-müfəttiş (kod:110022) (2 yer)
Dövlət Qaz Nəzarəti İdarəsi, Lənkəran regional sektoru, sektor müdiri (kod:110023) (1 yer)
Dövlət Qaz Nəzarəti İdarəsi, Lənkəran regional sektoru, böyük məsləhətçi-müfəttiş (kod:110024) (1 yer)
Dövlət Qaz Nəzarəti İdarəsi, Tovuz regional sektoru, böyük məsləhətçi-müfəttiş (kod:110025) (1 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, İnvestisiya layihələrinin strateji inkişafı və koordinasiyası şöbəsi, şöbə müdiri (kod:110026) (1 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, İnvestisiya layihələrinin strateji inkişafı və koordinasiyası şöbəsi, şöbə müdirinin müavini (kod:110027) (1 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, İnvestisiya layihələrinin strateji inkişafı və koordinasiyası şöbəsi, baş məsləhətçi (kod:110028) (1 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, İnvestisiya layihələrinin strateji inkişafı və koordinasiyası şöbəsi, məsləhətçi (kod:110029) (1 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Alternativ və bərpa olunan enerjinin istehsalı və istifadəsinin stimullaşdırılması şöbəsi, şöbə müdiri (kod:110030) (1 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Alternativ və bərpa olunan enerjinin istehsalı və istifadəsinin stimullaşdırılması şöbəsi, aparıcı məsləhətçi (kod:110031) (1 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Alternativ və bərpa olunan enerjinin istehsalı və istifadəsinin stimullaşdırılması şöbəsi, məsləhətçi (kod:110032) (2 yer)
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Yeni texnika və texnologiyaların öyrənilməsi və tətbiqi sektoru, sektor müdiri (kod:110033) (1 yer)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (1 vəzifə üzrə 1 yer)
baş məsləhətçi-beynəlxalq əlaqələndirici (kod:121002) (1 yer)
Dövlət Statistika Komitəsi (4 vəzifə üzrə 4 yer)
Bərdə rayon statistika idarəsi, Statistika və təhlil sektoru, aparıcı məsləhətçi (kod:132056) (1 yer)
Kəlbəcər rayon statistika idarəsi, Statistika və təhlil sektoru, məsləhətçi (kod:132057) (1 yer)
Qubadlı rayon statistika idarəsi, Statistika və təhlil sektoru, məsləhətçi (kod:132058) (1 yer)
Samux rayon statistika idarəsi, Statistika və təhlil sektoru, məsləhətçi (kod:132059) (1 yer)
Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (4 vəzifə üzrə 4 yer)
Ərazinin idarəetməsi və inkişafı şöbəsi, Memarlıq-planlaşdırma və layihələrin ekspertizası sektoru, sektor müdiri (kod:148001) (1 yer)
Hüquq və informasiya təminatı şöbəsi, Hüquqi ekspertiza sektoru, baş məsləhətçi (kod:148002) (1 yer)
Hüquq və informasiya təminatı şöbəsi, İnformasiya texnologiyaları sektoru, sektor müdiri (kod:148003) (1 yer)
Hüquq və informasiya təminatı şöbəsi, İnformasiya texnologiyaları sektoru, böyük məsləhətçi (kod:148004) (1 yer)
Gəncə İnzibati-İqtisadi Məhkəməsi (2 vəzifə üzrə 5 yer)
hakim köməkçisi (kod:223001) (4 yer)
məsləhətçi (məhkəmə iclasının katibi) (kod:223002) (1 yer)
Cəlilabad Hərbi Məhkəməsi (3 vəzifə üzrə 8 yer)
böyük məsləhətçi (kod:232001) (1 yer)
hakim köməkçisi (kod:232002) (4 yer)
məsləhətçi (məhkəmə iclasının katibi) (kod:232003) (3 yer)
Ağdaş Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
hakim köməkçisi (kod:315001) (1 yer)
Bərdə Rayon Məhkəməsi (1 vəzifə üzrə 2 yer)
hakim köməkçisi (kod:320001) (2 yer)
Cəlilabad Rayon Məhkəməsi (3 vəzifə üzrə 4 yer)
hakim köməkçisi (kod:324001) (2 yer)
böyük məsləhətçi (kod:324002) (1 yer)
məsləhətçi (məhkəmə iclasının katibi) (kod:324003) (1 yer)
Goranboy Rayon Məhkəməsi (1 vəzifə üzrə 2 yer)
hakim köməkçisi (kod:331001) (2 yer)
Göyçay Rayon Məhkəməsi (1 vəzifə üzrə 2 yer)
hakim köməkçisi (kod:332001) (2 yer)
Lənkəran Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
hakim köməkçisi (kod:341001) (1 yer)
Qəbələ Rayon Məhkəməsi (1 vəzifə üzrə 1 yer)
məhkəmə iclasının katibi (kod:349001) (1 yer)

 

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar
aşağıdakı sənədləri təqdim etməlidirlər:

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar müraciət Formasını 14 iyun 2011-ci il tarixdən 13 iyul 2011-ci il tarixdə saat 18:00‑dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Test mərhələsində iştirak etmək üçün "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması" doldurularaq təqdim edilməlidir.

Qeyd:

· Onlayn müraciət formasını doldurmaq üçün Komissiyanın internet saytındakı “onlayn müraciət forması” bölməsindən istifadə etmək lazımdır.

· "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”-nı komissiyanın saytından əldə edə bilərsiniz.

· 1975-ci ilə qədər ali təhsil müəssisələrinə daxil olmuş namizədlər tələb olunan Formanın doldurulması üçün Komissiyaya diplomun əsli ilə müraciət etməlidirlər.

· Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılırlar.

Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

Test imtahanının proqramları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytından tanış olmaq olar.

Test imtahanında hər namizədə 100 test tapşırığı (dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, dili, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərin yoxlanılması üçün 15, qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40, informasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün 15 və məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test tapşırığı) təqdim edilir. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarına verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrə iddia edən namizədlər təqdim olunmuş 100 test tapşırığından ən azı 75 faizini düzgün cavablandırdıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır.

İnzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrə iddia edən namizədlər təqdim olunmuş 100 test tapşırığından ən azı 70 faizini düzgün cavablandırdıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır.

İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün keçid balını toplamış namizədlər vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən etibarən 10 iş günü müddətində ümumi qaydada tələb olunan sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edə bilərlər.

Namizədlər test imtahanının keçirilmə vaxtı və yeri haqqında məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında www.csc.gov.az (və ya www.dqmk.gov.az) yerləşdiriləcək test imtahanı qrafikindən əldə etməlidirlər.

Müsabiqəyə təqdim edilmiş vəzifələrin qulluq funksiyaları haqqında daha ətraflı məlumat Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytında yerləşdirilmişdir.

Qeyd:

· Test imtahanına gələn namizəd özü ilə mütləq şəxsiyyətini təsdiq edən sənədinin əslini (şəxsiyyət vəsiqəsi, müvəqqəti şəxsiyyət vəsiqəsi və ya pasport) gətirməlidir. Şəxsiyyəti təsdiq edən sənəd olmadıqda və ya etibarsız olduqda namizəd imtahana buraxılmır.

Test imtahanından uğur qazanmış namizədlər müsahibədə iştirak etmək üçün test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən etibarən 10 iş günü ərzində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər:

· ərizə

· şəxsiyyəti təsdiq edən sənədin surəti

· kadrlar uçotunun şəxsi vərəqəsi

· ali təhsil haqqında sənədin surəti

· əmək kitabçasının surəti

· ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə)

· sağlamlıq haqqında arayış

· rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Qeydlər:

· Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında sənədin surəti notarial qaydada, əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.

· “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Dövlət qulluqçuları barələrində intizam tənbeh tədbirinin tətbiq edilməməsi ilə bağlı qulluq keçdikləri dövlət orqanının kadr qurumunun arayışını təqdim etməlidirlər.

· 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

· Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.

· Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.

· Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.

· Namizədlər sənədlərini nəzərdə tutulmuş müddət daxilində poçt vasitəsi ilə də göndərə bilərlər.

Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında yerləşdiriləcəkdir. Namizədlər bu məlumatları Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) saytından əldə etməlidirlər.

Müsahibə namizədin 4 meyar (bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və zəruri olan şəxsi keyfiyyətləri) üzrə qiymətləndirməklə vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır.

Əlaqə telefonları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, (012) 465 87 93/94/97 (daxili:119, 128, 130)