|
Elanlar
|
|
06.05.13 17:12 |
|
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 07 may 2013-cü il tarixdən 06 iyun 2013-cü il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər. |
|
|
Komissiyanın əməkdaşları “Məzun - 2013” ümumrespublika yarmarkasında iştirak etmişlər |
|
|
|
|
Xəbərlər
|
|
17.05.13 17:24 |
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin əməkdaşları 2013-cü il 17 may tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII “Məzun - 2013” ümumrespublika yarmarkasında iştirak etmişlər. Komissiyanın əməkdaşlarının yarmarkada iştirak etməsinin əsas məqsədi dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında aparılması ilə bağlı ictimaiyyətin məlumatlandırılması və vətəndaşların dövlət qulluğuna cəlb edilməsindən ibarət olmuşdur. |
|
Ardını oxu...
|
|
Elanlar
|
|
17.05.13 04:00 |
|
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 17 may 2013-cü il tarixdən 2013-cü il üçün KOTİROVKA SORĞUSU elan edir. Ətraflı buradan tanış ola bilərsiniz. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 24 may 2013-cü il tarixinədək qəbul olunur.
Kotirovka təklifi tələb olunan formada aşağıdakı ünvana təqdim edilməlidir: Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə, AZ1110, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya. Telefon: 465-44-10. |
|
Dövlət qulluqçuları Estoniyada təlimdə iştirak etmişlər |
|
|
|
|
Beynəlxalq təşkilatlarla əməkdaşlıq
|
|
14.05.13 14:48 |
|

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi ilə birlikdə 2013-cü il 6-10 may tarixlərdə Estoniya Respublikasının paytaxtı Tallinn şəhərində Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarını təmsil edən dövlət qulluqçuları üçün “Komissiyanın veb-portalının yaradılması-müxtəlif verilənlər bazalarının əlaqələndirilməsi” mövzusunda təlim kursu təşkil etmişdir.
|
|
Ardını oxu...
|
|
|
Tələbələrlə görüşlər keçirilmişdir |
|
|
|
|
Xəbərlər
|
|
17.05.13 14:23 |
|
13-16 may 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Texniki Universitetində, Qafqaz Universitetində və Azərbaycan Turizm İnstitutunda bu il məzun olacaq tələbə və magistrlarla görüşmüşlər.
Görüşlərin keçirilməsində məqsəd tələbələri dövlət qulluğuna qəbul qaydaları ilə tanış etmək, dövlət qulluğuna qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırmaq olmuşdur.
|
|
Ardını oxu...
|
|
Elanlar
|
|
07.05.13 17:07 |
|
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya kompyuter texnikası və avadanlığının satınalınması üzrə açıq tender elan edir. İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 12 iyun 2013-cü il tarixinə qədər, tender təklifi və bank təminatı möhürlənmiş ikiqat zərfdə 24 iyun 2013 cü il saat 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (ünvan: K. Rəhimov küçəsi, 874 cü məhəllə, indeks AZ1110) təqdim etməlidirlər. Ətraflı buradan tanış ola bilərsiniz. |
|
01 may 2013-cü il tarixdə elan edilmiş müsabiqə, müsahibə və ümumi müsahibə |
|
|
|
|
Elanlar
|
|
30.04.13 16:30 |
|
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, müsahibə və ümumi müsahibə elan edir. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 01 may 2013-cü il tarixdən 30 may 2013-cü il tarixdə saat 18:00 dək, müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 01 may 2013-ci il tarixdən 20 may 2013-cü il tarixdə saat 18:00 dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini 01 may 2013-ci il tarixdən 20 may 2013-cü il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər. |
|
|
|
|
<< Birinci < Əvvəlki 1 2 3 4 5 6 7 8 9 10 Növbəti > Axırıncı >>
|
|
|