Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Əməkdaşlıq Şəbəkəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin əmri

/Əməkdaşlıq Şəbəkəsinin yaradılması haqqında/

Komissiya fəaliyyətə başladığı gündən qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq edir, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrdə, müsahibələrdə və həyata keçirdiyi digər fəaliyyətdə onların iştirakını təmin edir. Komissiya tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin test imtahanı və müsahibə mərhələlərində qeyri-hökümət təşkilatları və media nümayəndələrinin müşahidəçi qismində iştirak etmələri üçün şərait yaradılmışdır. Artıq vətəndaş cəmiyyəti üzvləri sırasından yüksək ixtisaslı mütəxəssislər seçilərək vətəndaşların dövlət qulluğuna qəbulu ilə bağlı keçirilən müsabiqələrin müsahibə mərhələsinə, habelə dövlət qulluqçularının vəzifə dəyişməsi və ya qulluqda yüksəlişi ilə bağlı keçirilən ümumi müsahibələrə müsahibə qrupunun üzvü kimi cəlb edilmiş və namizədlərin dövlət qulluğuna uyğunluğunun qiymətləndirilməsində birbaşa iştirak edirlər.

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi nəzərdə tutulmuşdur.

Qeyri-hökümət təşkilatları ilə Komissiyanın fəaliyyəti istiqamətlərinə uyğun əməkdaşlığın inkişaf etdirilməsi, təkmilləşdirilməsi, ictimaiyyətin məlumatlandırılması, Komissiya tərəfindən qəbul edilən qərarlarda ictimaiyyətin iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 11.9–2-ci bəndini rəhbər tutaraq

əmr edirəm:

1 . Aşağıdakı tərkibdə “Əməkdaşlıq Şəbəkəsi” yaradılsın:

1.1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparatı üzrə:

Aparatın rəhbəri – Vilayət Hüseynov;

İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri – Afaq Hüseyn;

Hüquq şöbəsinin müdiri – Vüqar Əsgərov;

Baş məsləhətçisi-mətbuat katibi – Asəf Əliyev.

1.2. Konstitusiya Araşdırmalar Fondu üzrə:

Fondun Prezidenti – Əliməmməd Nuriyev;

Fondun əməkdaşı – Zaur İbrahimov.

1.3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi – Asif Nəsibov.

1.4. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyin məsləhətçisi – Elnur Bağırlı.

1.5. “Polisə dəstək” İctimai Birliyinin sədri – Şəmsəddin Əliyev.

1.6. Avroasiya Hüquqşünaslar Konfederasiyasının katibi – Müşfiq Babayev.

1.7. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri – Sahib Məmmədov.

1.8. Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru – Osman Gündüz.

1.9. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Qrant məsələləri üzrə mütəxəssisi – Kənan Qasımov.

1.10. Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri – Əhməd Abbasbəyli.

1.11. İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri – İradə Cavadova.

1.12. Korrupsiya qarşı Mübarizə Fondunun içracı direktoru - Vasif Mövsümov.

1.13. Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Forumunu MQF-nin prezidenti - Zeyni Rauf Xurşud oğlu.

2 . V.Hüseynova tapşırılsın ki, “Əməkdaşlıq Şəbəkəsi”nin üzvləri ilə mütəmadi görüşlərin keçirilməsini, müvafiq tədbirlərin həyata keçirilməsini və şəbəkə üzvlərinin Komissiya tərəfindən qəbul edilən qərarlarda iştirakının təmin edilməsi ilə bağlı zəruri tədbirləri görsün.

3 . Mühasibat və təsərrüfat sektorunun müdiri-baş mühasib Vəli Məstəliyev bu əmrin 2-ci hissəsindən irəli gələn məsələləri həll etsin.

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag