Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi kotirovka sorğusu elan edir
03-02-2017


Dövlət İmtahan Mərkəzi yerli istehsal mebel və inventarların satınalınması üçün kotirovka sorğusu elan edir.
Kotirovka sorğusunda iştirak etmək istəyənlər 6 fevral 2017-ci il saat 17:00-dək tələb olunan malların siyahısını M. Müşviq, 1M ünvanından ala bilərlər (əlaqələndirici şəxs: Pərviz Rəcəbov, telefon 012 502 47 58, daxili 139).

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif edilir ki, öz kotirovka təkliflərini möhürlənmiş və imzalanmış zərfdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Kotirovka sorğusunda iştirak etmək üçün yazılı müraciət;
  2. İddiaçının təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  4. İddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). Kotirovka sorğusu proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar sorğuda iştirak etmək üçün sənədləri 10 fevral 2017-ci il saat 17:00-dək M. Müşviq, 1M ünvanına təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.


TENDER KOMİSSİYASI

ELEKTRON XİDMƏTLƏR

Virtual Qarabag